Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin 9-cu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda xəbərlər yayılıb.
Azreform.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə məlumat paylaşılıb
Paylaşımlarda yeniyetmənin toy tarixinin də müəyyənləşdirildiyi qeyd olunub.
Məlumata görə, azyaşlı qız imtahanlarda yüksək nəticə göstərib.
DİN-in mətbuat xidmətindəb bildirilib ki, məsələ artıq nəzarətə götürülüb.
"16 yaşı tamam olan həmin yetkinlik yaşına çatmayan hazırda təhsilə davam edir və davamiyyəti nəzarət altındadır.
Ona nikah yaşına çatmamış toy və ya nişan mərasiminin keçirilməsinin yolverilməzliyi ilə bağlı valideynlərinə bir müddət əvvəl də xəbərdarlıq edilib.
Polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülür", - açıqlamada bildirilir.