“Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər, lakin sazişdə arsaxla bağlı bir söz yoxdur”.
Azreform.info xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib.
“Keçmişdə bu sənəddə, səhv etmirəmsə, 9-cu bənd var idi ki, orada arsax əhalisinin hüquqları və təhlükəsizlik məsələlərindən bəhs edilirdi. İndi bu bənd bu müqavilədən çıxarılıb, o, yoxdur”, - deyə keçmiş nazir deyib.
Azreform.info