Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə İTV-də verilişdə qonaq olarkən həssas anlar yaşanıb.
“Azreform.info ” xəbər verir ki, yığmamızın üzvü futbola gəlməsi ilə bağlı hekayəni danışarkən göz yaşlarına hakim ola bilməyib.
O, buna görə mərhum anasına minnətdarlığını bildirib.
Qeyd edək ki, S.Cəfərzadə Lənkəranın Veravul kəndindəndir.