Sədaqət Vəliyeva
Millət vəkili
Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin hərbi mərhələsi 2020-ci il 10 Noyabr Üçtərəfli Bəyanatının imzalanması ilə yekunlaşdı. Üçtərəfli Bəyanata imza ataraq Azərbaycan dövləti növbəti dəfə öz humanistliyini göstərdi və qan tökülməsinin qarşısını aldı. Bununla da şanlı Azərbaycan Ordusu cəmisi 44 gün ərzində, illərdir formalaşdırılmış erməni mifini yerlə yeksan edərək erməni işğalına son qoydu.
10 Noyabr Üçtərəfli Bəyanatın imzalanması regionda yeni reallıqlar yaratdı - rəsmi İrəvanın regionda sülhə və inkaşafa təhdid olan işğalçılıq siyasətinə son qoyuldu, Böyük Ermənistan planı fiaskoya uğradı, Ermənistan dövlətinin və onun havadarlarının bütün planları alt-üst oldu.
Müəllifi möhtərəm prezidentimiz cənab İlham Əliyev olan uzaqgörən, müdrik və milli maraqlarımızın ən yüksək səviyyədə təmin olunduğu siyasət nəticəsində ölkəmiz hərb meydanı ilə yanaşı diplomatik sahədə də qalib olaraq öz istəyinə nail oldu.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun apardığı müharibə dünya hərb tarixinə yenilik kimi düşdü: Ordumuz 21-ci əsrin müharibəsini apararaq minimal itkilərlə qısa müddət ərzində düşməni darmadağın etdi. Dünya dövlətləri tərəfindən Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsində həyata keçirdiyi hərbi əməliyyatlar, texniki imkanlar və operativ addımlar öyrənilməkdədir.
Ölkəmiz, hər zaman olduğu kimi İkinci Qarabağ Müharibəsi zamanı da qardaş Türkiyənin açıq dəstəyini hiss etdi. Bu dəstək nəticəsində bir çoxlarının münaqişəyə müdaxilə cəhdləri təmamilə alt-üst oldu. Bütün bunlar Türkiyə Azərbaycan qardaşlığının dünyaya nümayişi olmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətinin nəticəsidir:
“Ümumilikdə ölkəmizin böyük siyasi, iqtisadi, diplomatik uğurlarının əks olunduğu 10 Noyabr Üçtərəfli Bəyanatı Azərbaycanın parlaq qələbəsinin diplomatik müstəvidəki davamı idi.”

15:16 | 10.11.2023