Ağır qəzada həlak olan şəxs polis zabiti imiş

17
May
2024
13:35

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.

Azreform.info Oxu.az-a istinadən xəbər verir ki, qəzada aldığı xəsarətlərdən vəfat edən 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin rəisi olub.

Faktla bağlı araşdırma aparılır.