Sumqayıtda "Prius"la yarışan "Range Rover" qəza törətdi - VİDEO

17
May
2024
12:35

Sumqayıtda magistral yolda "Toyota Prius"la sürət yarışına çıxan "Range Rover" qəza törədib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən də aydın olur ki, sürücülər magistral yolda təhlükə saçıb. Daha sonra "Range Rover" sürücüsü ötmə əməliyyatı edərkən başqa maşına dəyib.

Sözügedən görüntüləri təqdim edirik: