Salam Sarvan reanimasiyadan palataya köçürülüb

16
May
2024
21:28

Şair Salam Sarvanın əməliyyatı uğurlu olub, reanimasiyadan palataya köçürülüb.

Azreform.info xəbər verir ki, bu barədə APA-ya şair özü məlumat verib.

Onun sözlərinə görə, əməliyyat prosesi uzun çəkib.

"İndi yaxşıyam. Artıq palataya köçürülmüşəm. Müalicə prosesi davam edir. Yəqin ki, bir həftə, on gün burada olaram".