Şair Salam Sarvanın səhhəti ilə bağlı son durum açıqlanıb.
Bu barədə Yenisabah.az-a şairin dostu, yazıçı Şərif Ağayar məlumat verib.
Onun sözlərinə görə, həkimlər ötən gecə şairi növbəti dəfə əməliyyat ediblər. Əməliyyat uğurlu keçib: “Dostumuz Salam Sarvanın əməliyyatlı uğurlu keçdi. Hələlik reanimasiyadadır. Həkimlər bir neçə gün burada qalmasını məsləhət görüblər. Hər şey yaxşı olacaq. Narahat olan, dua edən, yazıb-zəng edib soruşan hər kəsə minnətdaram”.