Məşhur "Ağ Çiçəyim" gül mağazası yanır - VİDEO - YENİLƏNİR

16
May
2024
00:07

Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla bağlı rəsmi açıqlama verilib.

Azreform.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb ediliblər:

“Təhlükəsizlik tədbirləri görülür”.

***

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən gül mağazasında güclü yanğın başlayıb.

Azreform.info xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.