Mbappe ilə bağlı razılığa gəldilər

10
Dek
2023
17:35

Paris Saint-Germain və “Real Madrid” hücumçu Kilian Mbappenin transferi ilə bağlı razılığa gəlib.

Azreform.info ” xəbər verir ki, bu barədə “Sport.fr” məlumat yayıb.

Hücumçunun İspaniya klubunda illik 35 milyon avro maaş alacağı qeyd olunur.

“Real Madrid” artıq 2022-ci ilin yazında Mbappeni transfer etməyə çalışıb. Ancaq sonradan hücumçu PSJ ilə müqaviləsini uzadıb.

Mbappe 2018-ci ildən PSJ-nin rənglərini qoruyur. Onun komanda ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.