Sumqayıt Dövlət Universitetinin tələbəsi yol qəzasında həyatını itirib

14
May
2024
22:56

İki gün əvvəl Abşeronda yol qəzasına düşən Sumqayıt Dövlət Universitetinin 23 yaşlı tələbəsi xəstəxanada ölüb.

Azreform.info "Report"a istinadla xəbər verir ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Məmməd Vüsal Allahbaxış oğlu Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, o, bu gün xəstəxanda ölüb.

Faktla bağlı araşdırma aparılır.