Dünya reytinqi: "Qarabağ", "Neftçi" və "Sabah" geriləyiblər

10
Dek
2023
16:28

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Azreform.info xəbər verir ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 84-cüdür.

"Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Ağ-qaralar" 340-cı sıradan 378-ə, "bayquşlar" isə 342-ci mövqedən 391-ci pilləyə düşüblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (314 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (308 xal) ikincidirsə, İtaliyanın "İnter" (264) kollektivi üçüncü yerdədir.(Report)