Bakıda beşmərtəbəli yaşayış binasında yanğın

13
May
2024
21:28

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Azreform.info a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 2 m² sahədə mətbəx mebeli yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.