Zaqatalada ata oğlunun asılmış meyitini tapdı

13
May
2024
09:42

Zaqatalada intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 6 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini 1992-ci il təvəllüdlü Murtuz Mohuma oğlu Həsənovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə atası tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı M. Həsənovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.