Daha bir tiktoker insanları qəzəbləndirdi: Qadınlar üçün... - VİDEO

11
May
2024
17:00

Tiktokda "Əfi" adı ilə məşhurlaşan şəxsin videosu insanları hiddətləndirib.

Azreform.info xəbər verir ki, onun Bakıdakı ticarət mərkəzlərindən birində qeydə alınan görüntüsü qəzəbə səbəb olub.

Belə ki, "Əfi"nin qadınlar üçün ayaqyoluna daxil olmasını əks etdirən görüntülər yayılıb.

Onun bu addımının arxasında sosial şəbəkədə reytinq qazanmaq istəyinin durduğu deyilir.

Görüntü izləyənlərin bir çoxu "Əfi"nin cəzalandırılması tələbi ilə Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə müraciət edib. 

Qeyd edək ki, sözügedən şəxs həm də əqli məhdudiyyətli şəxs kimi tanınır. Bu səbəbdən bəzi insanlar tiktokeri videoya çəkəndə günah görür. Belə ki, görüntülərdə həmin şəxsin "Əfi"ni qadınlar üçün nəzərdə tutulan ayaqyoluna yönləndiyi əks olunur.

Xatırladaq ki, son zamanlar bəzi tiktokerlər davranışlarına görə inzibati qaydada həbs olunublar. Cəmiyyət polisin onları saxlamasını və məhkəmələrin belə qərar çıxarmasını dəstəkləyir.