Bakıda avtomobil qadını vurdu - VİDEO

11
May
2024
14:35

Bakıda avtomobil qadını vurub.

Azreform.info Oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 90-OF-529 dövlət nömrə nişanlı KIA markalı nəqliyyat vasitəsi piyadanı vurub.

İlkin məlumata görə, hadisə nəticəsində qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: