Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, yaralı var

11
May
2024
11:14

Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü 1991-ci il təvəllüdlü Orxan Abdullayev Hacıqabul istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.