Azərbaycanda fəhlələri daşıyan avtobus qəzaya düşdü - Yaralılar var

8
May
2024
16:42

Goranboyda ağır qəza olub.

Azreform.info metbuat.az-a istinadən xəbər verir ki, rayonun İrəvanlı kəndində hərəkətdə olan "QAZel" markalı mikroavtobusla "Niva" markalı minik maşını toqquşub.

Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlər fəhlələr olub.