Siqaret çəkmək və qəhvə müxtəlif növ artritlərin inkişaf riskini birbaşa artırır.
Azreform.info xəbər verir ki, alimlərin bununla bağlı tədqiqatının nəticələri “Nutrients” jurnalında dərc olunub.
Araşdırmaya əsasən osteoartrit (oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik-red) və romatoid artrit oynaqlarda və sümüklərdə qığırdaqların pisləşməsinə səbəb olur. Bunlar dünyada 500 milyondan çox insanın ağrıdan əziyyət çəkməsi və yeriməkdə çətinlik çəkməsinin səbəbidir.
Tədqiqatçılar müxtəlif həyat tərzi vərdişləri ilə artrit riski arasında səbəb-nəticə əlaqəsinin olub-olmadığını yoxlayıblar. Bunun üçün onlar, məsələn, qəhvə sevgisi ilə əlaqəli mutasiyalar və artrit riskinə cavabdeh olan mutasiyalar arasında əlaqənin mövcudluğunu qiymətləndirən üsuldan istifadə etdilər. Bu yanaşma ətraf mühitin təsirlərini istisna etməyə və xəstəliklə qəhvə istehlakı arasında birbaşa bioloji əlaqənin mövcudluğuna diqqət yetirməyə imkan verir.
Tədqiqatda MRT-dən istifadə ilə artritin varlığını qiymətləndirilib. Alimlər qəhvə içmək, siqaret çəkməklə artroz və revmatoid artrit riski arasında səbəb-nəticə əlaqəsi tapıblar.(Publika.az)