Ötən ilin yekununda "Azercell"in zərərli tullantılarının həcmi illik müqayisədə 4 dəfə azalıb.
Azreform.info xəbər verir ki, bunu "Azercell Telekom"un Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva qurumun ESG hesabatının təqdimatı zamanı deyib.
O bildirib ki, həm təhlükəli, həm də təhlükəsiz tullantılar üzrə azalma var:
"Azercell" mobil operator olaraq batareyalardan çox istifadə edir. Buna görə də əsas prioritet istiqamətimiz batareyaların ikinci emalıdır. Sumqayıtda yerləşən bir neçə zavodlarla təkrar emal üçün əməkdaşlıq edirik", - deyə Ş. Əliyeva əlavə edib.
Könül
Azreform.info