Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış xanəndəsi, Prezident təqaüdçüsü Pərviz Qasımov bodibildinq üzrə Azərbaycan çempionu olub.
Azreform.info xəbər verir ki, sevincini bölüşən məşhur "Azərbaycanım" mahnısını oxuyub. Onun üzərində üst geyimi olmadığı halda belə musiqi ifa etməsi birmənalı qarşılanmayıb. P.Qasımovun uğuruna sevinənlərlə yanaşı, bu addımına tənqidi münasibət bildirənlər də olub. İradlarla razılaşmayan insanlar isə xanəndənin məşğul olduğu idmana görə belə görkəmdə ifasını məqbul sayaraq tənqidləri əsassız hesab etdiklərini söyləyiblər.
Qeyd edək ki, idmançı həmçinin Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərindəndir.
Xatırladaq ki, keçmiş Baş Nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.