18 yaşlı gəncdən doqquz gündür xəbər yoxdur - FOTO

6
May
2024
11:14

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev itkin düşüb.

Azreform.info -ın məlumatına görə, o, aprelin 27-si yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

N.Quliyevin əlamətləri belədir: boyu 173 sm, gözləri qonur rəngdə. Evdən çıxdığı zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) zəng vuraraq məlumat vermələri xahiş olunur.