Bakıda qadın qətlə yetirilib - həyat yoldaşı saxlanılıb

5
May
2024
16:49

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən Azreform.info a verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızı boğularaq qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.