Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar

3
May
2024
13:28

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. 

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

Hadisə nəticəsində minik avtomobilində olan şəxslər xəsarət alıblar. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. 
Faktla bağlı araşdırma aparılır.