18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son oyununa çıxıb.
“Azreform.info ” xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda beşinci matçında meydan sahibləri ilə qarşılaşıb. Görüş gürcüstanlıların 3:2 (26:24, 23:25, 23:25, 25:19, 15:5) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz çempionatın əvvəlki oyunlarında Polşa, Ukrayna və Latviyaya 0:3, Estoniyaya 1:3 hesabı ilə uduzub.