Azərbaycan və Gürcüstanın maliyyə nazirləri görüşüblər

2
May
2024
20:14

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili Azərbaycanın maliyyə naziri Samir Şərifov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Azreform.info xəbər verir ki, görüş Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı çərçivəsində baş tutub.

Tərəflər Gürcüstan və Azərbaycan arasında ticarət-iqtisadi, tranzit və nəqliyyat sahələrindəki məsələləri nəzərdən keçirib, həmçinin regional kontekstdə iki ölkənin tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar.