İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev

1
May
2024
11:07

"Biz Cənubi Qafqazda sülh mümkündür və  buna inanırıq. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik". 

Azreform.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə telefon danışıqları ilə bağlı açıqlamasında  deyilir. 

Onun sözlərinə görə, bu məsələ ilə dövlət katibi şəxsən məşğul olur.
 “Blinken mütəmadi olaraq hər iki ölkənin liderləri ilə danışıqlar aparır. Tərəflərlə təmaslarımız davam edir”, - o qeyd edib.

 Mürtəza
Azreform.info