Bakıda zəncirvari qəza: 10-a yaxın avtomobil... - FOTOLAR

30
Apr
2024
09:07

Bakının Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info APA-ya istinadən xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.

Zəncirvari qəzada 10-a yaxın minik avtomobilinə zərər dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.