Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb

29
Apr
2024
14:14

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb.

Bu barədə Azreform.info a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.