DSX əməkdaşı Qazaxda minaya düşdü - YENİLƏNİB

29
Apr
2024
14:00

Hərbi qulluqçumuzun mina partlayışı nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

***

Qazax rayonu ərazisində mina hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. 

O, xəstəxanaya yerləşdirilib.