Avro və lirə bahalaşdı, rubl ucuzlaşdı

29
Apr
2024
09:28

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb. 

Azreform.info xəbər verir ki, avronun məzənnəsi 0,1% artaraq 1,8238 manat, Rusiya rublunun məzənnəsi 1,1% geriləyərək 0,0183 manat, Türkiyə lirəsi 0,2% bahalaşaraq 0,0523 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.