Təzyiqi olanlar kartof yesin – Həkim

19
Apr
2024
09:21

Kaliylə zəngin ərzaqlar hipertoniyanı tənzimləməyə kömək edir.


“Medicina” xəbər verir ki, həkim Nataliya Denisova ürək-damar problemləri olanlara müntəzəm kartof yeməyi tövsiyə edib.

“Kaliylə zəngin kartof ödem əleyhinə və hipotensiv təsir göstərir. Kaliy isə ürəyin işləməsi üçün vacibdir.
Amma kartofu qabıqlı, suda bişirmək lazımdır. O, təzyiqi salacaq. Kalium orqanizmdən artıq suyu çıxarır.

100 qram kartofda sutkalıq kaliy normasının 23%-i var.

3 ədəd orta kartof yemək kifayətdir ki, ürək-damar sistemini kaliylə təmin etsin.

Kartofu duzsuz, yağsız yeyin, əks təqdirdə yüksək qlikemik təsir edib, şəkəri qaldıracaq.

Artıq çəkisi olanlar diqqətli olsun.

Təzyiqi salan digər ərzaqlar: bibər, cəfəri, çuğundurdur.
Bunlar qanın qatılaşmasının da qarşısını alır”.