Kikboksçu: “Ani səhvdən birinci raundda nokauta düşdüm” - VİDEO

16
Apr
2024
23:35

“Bu günə kimi peşəkar olaraq 13 döyüşüm olub. On birində qələbə qazanmışam, ikisi isə məğlubiyyətlə nəticələnib.Bir dəfə döyüş zamanı ani səhvdən birinci raundda nokauta düşdüm”.

Azreform.info xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında kikboksinq üzrə Azərbaycan milli komandasının üzvü Elxan Əliyev bildirib.

Almaniyanın paytaxtı Berlində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirdə “WAKO PRO” Avropa kəmərinin sahibi olan Elxan Əliyev həmin yarışda rinqə sınıq əllə çıxdığını deyib:

“Bu turnirdən əvvəl keçirilən dünya çempionatında finala çıxış görüşündə əlim sındı. Əlimi heç işlədə bilmirdim. Amma Berlindəki turnirdə iştirak etməli və qalib olmalıydım. Başqa düşüncəm yox idi. Rinqə çıxanda hər vurduğum zərbədə əlim ağrıyırdı, elə bil ki, yenidən sınmışdı. Buna baxmayaraq, qələbə istəyi var idi. Döyüşdüm və orada da qalib gəldim. Düzdür, çətin oldu. Rəqibim də çox güclü idi. Beş raund döyüş oldu, hər şey yaxşı keçdi”.

Ətraflı süjetdə: