Danimarkanın Kopenhagen Universitetində aparılan araşdırma siqaretin daha bir zərərini üzə çıxarıb.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, araşdırma nəticəsində tütünün qarın nahiyəsində də piylənməyə səbəb olduğu məlum olub.
Siqaret asılılığının başında olmaq və ya ömür boyu siqaret çəkmək insanda göbək yaradır və qarın piyini artırır.
“Addiction” jurnalında dərc olunan araşdırmada 1,7 milyon siqaret çəkənin məlumatları araşdırılıb.
Tədqiqat siqaret çəkməyin daxili orqanların piyini artırdığını üzə çıxarıb.
Bel və omba ətrafında cəmləşən “visseral yağ" (orqanlar ətrafındakı piylər) ürək xəstəlikləri, insult, 2-ci tip diabet və digər metabolik xəstəliklərə səbəb olur.
Billurə