Deputat prezidenti ittiham edib

9
Noy
2023
17:16

Gürcüstan prezidenti Salome Zurabişvilinin Fransaya səfəri onun Konstitusiyanı pozmaqda davam etdiyini və qanunun aliliyini qorumaq niyyətində olmadığını nümayiş etdirir.

Azreform.info xəbər verir ki, bunu “Xalqın Gücü” ictimai hərəkatının deputatı Eka Sepaşvili deyib. 

Zurabişvili bir gün əvvəl noyabrın 9-da Paris Sülh Forumunda iştirak etmək üçün Fransanın paytaxtına gedəcəyini bildirmişdi.

Prezidentin sözlərinə görə, o, indiyə qədər Gürcüstan üçün lobbiçiliyi davam etdirmək"ə niyyətindədir.

Hökumət administrasiyası bəyan edib ki, Zurabişvili səfərlə bağlı hökumətlə əlaqə saxlamayıb.
Onun sözlərinə görə, Gürcüstanda buna inananlar çox azdır.

Siyasətçi hesab edir ki, prezident öz dağıdıcı əməllərini davam etdirir, bu isə ancaq prezidentlik institutunun alçaldılmasına və cəmiyyətdə hörmətsizliyin artmasına xidmət edir.


"Prezident hər şeydən əvvəl depolarizasiyanı təşviq edən, Konstitusiyaya və qanunun aliliyinə hörmət edən şəxs olmalıdır. Prezident bütün bunları əksinə edir", - Sepaşvili deyib.