Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Puta qəsəbəsində evlərdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Azreform.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəsəbə ərazisində ayrı-ayrı vaxtlarda iki evdən 2500 manat pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.