Azərbaycanlı tələbələr İstanbulda Zəfər və Bayraq günlərini qeyd ediblər

9
Noy
2023
16:47

Türkiyənin İstanbul şəhərində təhsil alan azərbaycanlı tələbələr əllərində Azərbaycan bayraqları tutaraq Zəfər Günü və Dövlət Bayraq Günləri ilə bağlı yürüş keçiriblər.

Azreform.info xəbər verir ki, ətrafdakı sakinlər onların sevincinə şərik çıxıblar və aksiyanı alqışlayıblar. 

Yürüşdən sonra İstanbul şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.