Bu metrostansiyada alışma baş verib - RƏSMİ

27
Mar
2024
14:56

"Bakı Metropolteni" QSC-nin "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

Azreform.info səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.