Bakıda keçiriləcək olimpiya reytinq turnirində iki erməni güləşçisi iştirak edəcək.
Azreform.info xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Güləş Federasiyasının rəsmi saytında yer alıb.
Onlar aprelin 5-dən 7-dək paytaxtda baş tutacaq turnirdə iştirak edəcəklər.
Turnirdə Ukrayna təmsilçisi Erik Aruşanyan (65 kq) və polşalı Gevorq Saakyan (67 kq) çıxış edəcəklər.
Ermənistan yığması isə Bakıda keçiriləcək turnirə qatılmayacaq.
Mürtəza
Azreform.info