Azreform.info Gazeta-ya istinadən xəbər verir ki, London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, ispanaq, kələm və brokoli kimi yarpaqlı göyərtilərdə olan fol turşusunun qəbulunun artırılması kolorektal xərçəng riskini 7 faiz azalda bilər.
Tədqiqatda 70 mindən çox insan iştirak edib. Alimlər gündəlik istehlak edilən fol turşusunun (vitamin B9) miqdarının bağırsaq xərçənginin (kolorektal xərçəng) inkişaf ehtimalına necə təsir etdiyini öyrənməyə çalışıblar. Əvvəlki araşdırmalar göstərib ki, hər 260 mikroqram fol turşusu bu növ xərçəngə tutulma riskini 7 faiz azaldır. Bu miqdar bu vitaminin tövsiyə olunan gündəlik qəbulunun (400 mikroqram) 65 faizinə uyğundur.
Məlum olub ki, fol turşusunun kolon xərçənginin inkişaf riskini azaltma qabiliyyəti insan genomunun müəyyən bölgəsində, xüsusən üçüncü xromosomun 3p25.2 bölgəsində baş verən dəyişikliklərlə bağlıdır. Bu transformasiya kolorektal xərçəngin qarşısını alan müəyyən mexanizmləri işə salır. Bununla belə, iştirak edən dəqiq genlər və onların təsiri sonrakı araşdırmalarla müəyyən edilməlidir.