Ermənistanın paytaxtı İrəvanda naməlum silahlı şəxslər polis bölməsinə hücum ediblər.
Azreform.info xəbər verir ki, hadisə İrəvanın Nor-Nork inzibati rayonunda qeydə alınıb.
İlkin məlumata görə, partlayış və atışma səsləri eşidilib, yaralananlar var.
Ermənistanın Daxili İşlər Nazirliyi insidentlə bağlı şərh verməyib.