Bu ölkədə 5 Azərbaycan vətəndaşı həbs olundu - Sui-qəsd planı

23
Mar
2024
20:56

Qırğızıstanda dövlət xadiminə qarşı cinayət planlaşdırmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları həbs edilib.

Azreform.info xəbər verir ki, Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış. Onlardan Əsgərov M.O.-nun kriminal aləmdə tanınmış şəxs olması və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlməsi iddia edilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.(Qafqazinfo)