Xaçmazda 66 yaşlı qadın qohumu tərəfindən öldürülüb

23
Mar
2024
19:07

Qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayət isti izlərlə açılıb.

Xaçmaz rayon prokurorluğundan Azreform.info -a verilən məlumata görə, martın 21-də Xaçmaz rayon sakini 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında birgə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.