Ötən sutka Azərbaycanda 17 nəfər saxlanılıb

23
Mar
2024
13:42

Martın 22-də ölkə ərazisində qeydə alınan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Azreform.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

Bildirib ki, axtarışda olduğuna görə ümumilikdə 16, o cümlədən borclu şəxs qismində axtarışda olan yeddi nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli altı, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.