Qazaxda avtomobil dirəyə çırpılıb: Xəsarət alanlar var

21
Mar
2024
09:35

Qazax rayonunun Aslanbəyli kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2107 markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılması nəticəsində 2003-cü il təvəllüdlü K.Həsənov və 2002-ci il təvəllüdlü S.Misirməmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.