Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yağan güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.
Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.