Naxçıvanda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər - FOTO

20
Mar
2024
17:35

Naxçıvanda polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan Məmmədəli İbrahimli, Sedat Ağazadə, Tural Allahverdi, Elnur Hüseynli, Cəmşid Məmmədov, Xaliq Musayev, Həsənalı Məmmədov saxlanılıblar və onlardan 35 000 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilib.

Həmin şəxslərin pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.