Putin Paşinyana nifrət edir: hakimiyyəti dəyişəcək - Qurecki

20
Mar
2024
16:56

Putin Paşinyana nifrət edir və Ermənistanda hakimiyyəti dəyişmək istəyir.

Azreform.info Publika.az-a istinadən xəbər verir ki, bu bəyanatla “Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” mövzusunda müzakirə zamanı polşalı politoloq Voyçex Qurecki çıxış edib.

Onun fikrincə, Putin bunun üçün bütün imkanlardan istifadə edəcək.

O, iddia edib ki, “vəziyyətin daha da gərginləşəcəyi təqdirdə, Moskva Ermənistana qarşı fəaliyyət göstərmək üçün Azərbaycana yaşıl işıq yandıracaq və vəziyyətə müdaxilə etməyəcək:

"Hərəkətsizlik də keçmişdə olduğu kimi həll yoludur".