Bu Avropa ölkəsi Rusiyaya nota verdi, diplomatını deportasiya etdi

20
Mar
2024
15:14

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Tallinndəki səfirliyində çalışan diplomatı deportasiya edib.

Azreform.info "Star" qəzetinə istinadla xəbər verir ki, diplomat estoniyadakı məxfi məhkəmə işi ilə bağlı sənədləri sızdırdığına görə deportasiya edilib.

Açıqlamada diplomatın Estoniyada baş verən cinayət işi üzrə sənədləri ələ keçirərək Rusiya sosial media platformasında paylaşdığı bildirilib. 

Hadisə ilə bağlı Rusiyanın Tallinn səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ölkəyə nota verilib.

Billurə