İlaxır çərşənbəsində cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

20
Mar
2024
10:21

İlaxır çərşənbəsində cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Bu barədə Azreform.info -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilib ki, narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.